
Qobustanda azyaşlı gölməçəyə düşərək boğulub.
APA xəbər verir ki, Qobustan rayonu ərazisində yerləşən qış otlaq sahəsində yaşayan, 2017-ci il təvəllüdlü H.H. həmin qış otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılaraq orada boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.

