
Bakı.Trend:
Xəzər rayonu, Aeroport şosesi ərazisində yol-nəqliyyat hadisəsi
baş verib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hərəkətdə olan avtomobil təhlükəli manevr edərək
digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə qəza törədən
avtomobil aşıb, daha iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.

