
Bakı. Trend:
Litvanın Baş naziri İnqa Ruqinyene Azərbaycana rəsmi səfər
edəcək.
Bu barədə Trend-ə Litvanın Azərbaycandakı Səfirliyindən məlumat
verilib.
Bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə
ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə
əməkdaşlığın inkişafına yönələcək.
Qeyd edilib ki, bu səfər Litva və Azərbaycan arasında
tərəfdaşlığın inkişafında, eləcə də xalqlar arasında əlaqələrin
gücləndirilməsində mühüm addım kimi qiymətləndirilir.

