
Bakı. Trend:
Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Trend-in
məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən restoranların
birində qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər
Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara əsasən, zəhərlənmənin səbəbinin həmin
şəxslərin restoranda qəbul etdikləri göbələk olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

