Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs ələ keçib

Baş səhifə

Bakı. Trend:

Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.

Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin
birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində
qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb.




Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29
yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir