EIA Avropada maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Bakı. Trend:

Avropada neft və digər maye karbohidrogenlərin hasilatının
2026-cı ildə gündə 14,15 milyon barel, 2027-ci ildə isə orta
hesabla gündə 14,18 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Enerji İnformasiya
Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı aprel
hesabatında bildirilir.




EIA-nın qiymətləndirməsinə görə, Avropada qeyd olunan
məhsulların 2026-cı ildə rüblər üzrə hasilatı belə olacaq: birinci
rübdə – orta hesabla gündə 13,76 milyon barel, ikinci rübdə – 14,15
milyon barel, üçüncü rübdə – 14,56 milyon barel, dördüncü rübdə isə
– 14,13 milyon barel.

EIA-nın 2027-ci il üçün Avropada neft və digər maye
karbohidrogenlərin hasilatı üzrə proqnozu isə belədir: birinci
rübdə – 13,76 milyon barel, ikinci rübdə – 14,18 milyon barel,
üçüncü rübdə – 14,60 milyon barel, dördüncü rübdə isə – 14,16
milyon barel.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir