“Modenis” MMC 50 min manat cərimələndi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “Modenis” Məhdud
Məsuliyyətli Cəmiyyətini (MMC) və onun vəzifəli şəxsini
cərimələyib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank tərəfindən 4 iyun – 18 iyul 2025-ci
il tarixlərində “Modenis” MMC-də aparılan yerində yoxlama zamanı
cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən
edilib.




Aşkarlanmış pozuntularla əlaqədar olaraq, “Modenis” MMC İnzibati
Xətalar Məcəlləsi-nin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən
hüquqi şəxs qismində 50 000 (əlli min) manat məbləğində cərimə
olunub.

Bununla yanaşı, təşkilatın vəzifəli şəxsi də həmin maddələr üzrə
10 000 (on min) manat məbləğində inzibati cəriməyə məruz qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir