Pezeşkian Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib

Baş səhifə

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” hesabında məlumat verib.

O, Pakistanın ABŞ-İran danışıqlarına ev sahibliyi etmək təklifini qəbul etdiyinə görə İran rəhbərliyinə təşəkkür edib.

“Prezident Pezeşkian İranın danışıqlarında iştirak edəcəyini bir daha təsdiqlədi və Pakistanın səylərini yüksək qiymətləndirdi”,- Şərif qeyd edib.

O, Pakistanın regionda və region hüdudlarından kənarda sülh və stabilliyin inkişafı üçün bütün dost ölkələr və tərəfdaşlarla işləmək əzmində olduğunu vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir