Prezident İlham Əliyevin yüksək vəzifə verdiyi Xalid Əhədov kimdir?

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
sərəncamına əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”
publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi
təsdiqlənib.

Trend xəbər verir
ki, Sərəncama əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”
publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Azərbaycan
Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
təyin edilib.

Hazırda Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə
köməkçisi Xalid Əhədovdur.

Prezidentin köməkçisinin bioqrafiyasını oxuculara təqdim
edirik:

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində
anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində
Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci
illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci
illərdə Avropanın, həmçinin, dünyanın ən güclü universitetlərindən
biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və
Barselonada MBA təhsili alıb.

Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda
müxtəlif məqalələri işıq üzü görüb.

Professional fəaliyyəti:




1999-cu ilin mart ayı – “Bank of Baku”da komanda rəhbəri
vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri
məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il – “Bank of Baku” İdarə Heyəti sədrinin müavini;

2012-ci il – “Unibank”da İcraedici komitənin üzvü;

2015-ci il – “Unibank”da İcraçı direktor vəzifəsi;

12.07.2016 – “Bank Standard”da Baş direktor;

02.12.2016 – “Azər Türk Bank”ın İdarə Heyətinin sədri
vəzifəsinin müvəqqəti icraedicisi;

10.01.2017 – “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri;

14.03.2018 – “Beynəlxalq Bank”ın Müşahidə Şurasının üzvü.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir