ABŞ və İran sıx əməkdaşlıq edəcək – Donald Tramp

Baş səhifə

Bakı. Trend:

Atəşkəs razılamasından sonra ABŞ “rejim dəyişikliyi” yaşamış
İranla sıx əməkdaşlıq edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz
“Truth Social” sosial şəbəkə hesabında yazıb.

O, Tehranla tariflər və sanksiyaların yüngülləşdirilməsi
məsələlərini müzakirə edəcəklərini də diqqətə çatdırıb

“Uranın zənginləşdirilməyəcək və ABŞ İranla birlikdə işləyərək
dərin şəkildə basdırılmış (B-2 bombardmançılarının səbəb olduğu)
bütün “nüvə tozu”nu üzə çıxarıb aradan qaldıracaq. Bu obyektlər
həmişə son dərəcə dəqiq peyk nəzarəti altındadır. Hücum tarixindən
bu günədək heç nəyə toxunulmayıb. Biz İranla tariflər və
sanksiyaların yumşaldılması məsələsini müzakirə edirik və edəcəyik.
15 bəndin bir çoxu artıq razılaşdırılıb”,- deyə Tramp
vurğulayıb.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan
biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq
öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq
danışıqlara hazırlaşırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir