
Bakı. Trend:
Bu il 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb.
Trend xəbər
verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilir ki, həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.
“Qabaqlayıcı sosial dəstək tədbirləri nəticəsində 74 uşağın
ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Eyni zamanda bu müddətdə valideyn himayəsindən məhrum olmuş 28
uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə
qızdır”, – qurumdan bildirilib.

