
Bakı. Trend:
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend xəbər
verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycanın
Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin
müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

