Azərbaycanda taksi avtomobillərinə yeni tələblər müəyyən ediləcək

Baş səhifə

Bakı. Trend:

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında
istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə
dair tələblərdə dəyişiklik ediləcək.

Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq
Sərəncam imzalayıb.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, müntəzəm və taksi
minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm
sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin
texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən
avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina
olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır
və ya o, ləğv edilir.




Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi
və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət
orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla yuxarıdakı
müddəalara uyğun olaraq qeyri-müntəzəm sərnişin daşımalarında
istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin
müəyyənləşdirilməsi məqsədilə “Müntəzəm və
taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan
avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici
tərtibatına dair tələblər
”də müvafiq dəyişikliklərlə bağlı
təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim
etməlidir.

Sənədlə tanış olduqdan sonra məlum olur ki, bu Sərəncam aprelin
7-dən qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir