“Qalatasaray” səfərdə “Göztəpə”ni məğlub edib

Baş səhifə

Türkiyə Super Liqasında XXVII turun təxirə salınmış matçı keçirilib.

Modern.az xəbər verir ki, “Qalatasaray” səfərdə “Göztəpə” ilə üz-üzə gəlib.

Dörd qolun vurulduğu matçda sevinən tərəf İstanbul təmsilçisi olub. Oyun “sarı-qırmızılılar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qalatasaray” 67 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 63 xalı olan “Fənərbaxça” və “Trabzonspor” isə ikinci və üçüncü pillələri bölüşürlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir