Türkiyədə narkotik tərkibli içkini təbliğ edən məşhur müğənni saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyədə məşhurlarla bağlı narkotiklərə qarşı istintinaq
çərçivəsində daha bir məşhur müğənni – Yusuf Güney saxlanılıb.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, pop ifaçısı insanları narkotik
vasitələrdən istifadəyə təşviq etməkdə şübhəli bililir.

Rəqəmsal platformada yayımlanan bir proqramda qonaq olan və
tərkibində qadağan olunmuş maddə olan Ahayuska çayını təbliğ edən
açıqlamalar verən Yusuf Güney polis əməkdaşları tərəfindən
saxlanılaraq İstanbul polis idarəsinə aparılıb.




Qeyd olunur ki, müğənninin təbliğ etdiyi xüsusi içkinin (xüsusi
çayın) tərkibində olan DMT maddəsi 2313 saylı Qanuna əsasən qadağan
olunmuş maddələr siyahısına daxildir.

Ayahuska çayı Cənubi Amerikanın Amazon bölgəsində istifadə
olunan, psixoaktiv təsirə malik ənənəvi bitki qarışığıdır. Əsasən
yerli tayfalar tərəfindən dini və şaman ayinlərində istifadə olunur
və güclü hallüsinasiyalara səbəb olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir