
Bakı.Trend:
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması elektron
qaydada həyata keçiriləcək.
Trend-in
məlumatına görə, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi
(EHİS) üzərindən icra ediləcək.
Belə ki, Daxili İşlər Nazirliyi 2026-cı ilin iyunun 1-dək
xidmətin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən
etməlidir.
Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
2026-cı il iyulun 29-dək müəyyən edilmiş mərhələləri RİNN
tövsiyyəsi nəzərə alınmaqla rəqəmsallaşdırmalıdır.
Xidmətin “mygov” platformasında istifadəyə verilməsi bu ilin
noyabrın 30-dək həyata keçirilməlidir.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili
İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.

