
Bakı.Trend:
Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan
readmissiya sazişləri çərçivəsində 2026-cı ilin mart ayı ərzində 75
şəxsin ölkəyə readmissiyası(geri qaytarılma) həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya
Xidmətindən məlumat verilib.
Dövlət Xidmətindən bildirilib ki, həmin şəxslər Avropa
ölkələrindən readmissiya olunub.

