Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, qanuna görə, sovet xalqının soyqırımı qurbanlarının dəfn yerlərinin, habelə Rusiya ərazisində və ya onun hüdudlarından kənarda abidələrin və digər memorial tikililərin dağıdılmasına, zədələnməsinə və ya təhqir olunmasına görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qanunda sovet xalqının soyqırımı faktının inkarına və ya təsdiqinə və onun qurbanlarının xatirəsini təhqir etməyə görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə məsuliyyəti müəyyən edilib.

Qeyd edək ki, müvafiq qanun layihəsi bu ilin martın 24-də Rusiya Dövlət Dumasında qəbul olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir