
Bakı. Trend:
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu
keçirilib.
Trend-in
məlumatına görə, İtaliya “Fiorentina”sı İngiltərədə “Kristal
Pelas”a, Niderlandın “AZ Alkmaar” kollektivi Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna 0:3, Fransa “Strasburq”u isə Almaniyada “Maynts”a 0:2 hesabı ilə uduzub.
Raundun açılış matçında isə İspaniyanın “Rayo Valyekano” klubu
öz meydanında Yunanıstanın AEK komandasına 3 cavabsız qolla qalib
gəlib.
Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab
oyunları aprelin 16-da keçiriləcək.

