Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı (FOTO)

Baş səhifə

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika
və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında
müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun
vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq
müqaviləsi imzalanıb.

Müqaviləni “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədrinin
müavini Elnur Həsənov və EMTA-nın İdarə Heyətinin sədr müavini
Rövşən İsmayılov və imzalayıblar.

İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyət
istiqamətindən danışıb və bildirib ki, banklarla əməkdaşlıq
vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə
tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli
kreditlər veriləcək. O, Bank Respublika ilə əməkdaşlıqda həyata
keçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağına
ümidvar olduğunu qeyd edib.

Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlar
hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsində
maraqlı olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində bu
istiqamətdə layihələrin dəstəklənməsində mümkün perspektivləri
diqqətə çatdırıb.




Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli
Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji
Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli
Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs
statusu ilə yaradılıb.

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir