Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası layihəsi hazırlanıb – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası layihəsi
hazırlanıb. Hazırda dövlətdaxili prosedur mərhələsindədir.

Trend xəbər verir
ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra
Tağıyeva bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə
Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin
iclasında deyib.




“Təbii ki, bu mühüm sənədinin icrası zamanı BMT-nin müvafiq
strukturları ilə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə və
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Azərbaycanda
dayanıqlığın artırılması üçün iqlim məlumatlarına dair erkən
xəbərdarlıq sisteminin gücləndirilməsi layihəsinin həyata
keçirilməsi nəzərdə tutulur. Eyni zamanda UNEP tərəfindən
Azərbaycanda iqlimə davamlı şəhər və icmaların həyata keçirilməsi
layihəsi planlaşdırılır”, – o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir