İran danışıqlar üçün ABŞ-yə şərt qoydu

Baş səhifə

Bakı. Trend:

Müharibənin dayandırılması ilə bağlı danışıqların aparılması
ABŞ-nin bütün cəbhələrdə, xüsusilə Livanda atəşkəs öhdəliklərinə
riayət etməsi ilə şərtlənir.

Trend xəbər verir
ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl
Bəqai bildirib.

İsmayıl Bəqai jurnalistlər üçün açıqlamasında İsrailin Livanda
törətdiyi cinayətləri qətiyyətlə pisləyib.

“Livanda müharibənin dayandırılması Pakistan tərəfindən irəli
sürülən atəşkəs razılaşmasının ayrılmaz hissəsidir və həmin ölkənin
baş nazirinin də açıq şəkildə bəyan etdiyi kimi, ABŞ bütün
cəbhələrdə, o cümlədən Livanda müharibəni dayandırmağı öhdəsinə
götürüb. Bu öhdəliyə zidd hər hansı addım və ya mövqe ABŞ-nin
öhdəliklərinə əməl etməməsi kimi qiymətləndiriləcək.”,- o
bildirib.

Bəqai gözlənilən danışıqların vaxtı və məkanı ilə də bağlı
açıqlama verib.




“Pakistan hökuməti hər iki tərəfi İslamabada səfər etməyə və
danışıqlar aparmağa dəvət edib. Bu məsələ hazırda nəzərdən
keçirilir və planlaşdırılır. Lakin şübhəsiz ki, hər hansı
danışıqların keçirilməsi ABŞ-nin bütün cəbhələrdə atəşkəs
öhdəliklərini yerinə yetirəcəyinə dair təminatın əldə olunmasından
asılıdır.”

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir