
Bakı. Trend:
Kambocanın kralı Norodom Sihamoni cümə günü bildirib ki, onda
prostat xərçəngi aşkarlanıb və bu xəstəlik üzrə müalicə üçün Çinə
yollanacaq. Diaqnoz ona məhz həmin ölkədə qoyulub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 72 yaşlı konstitusiyalı monarx qeyd edib ki,
xərçəng Pekində yerləşən dövlət xəstəxanalarından birində aparılan
tibbi müayinə zamanı aşkar edilib. O və anası – Kraliça ana Norodom
Monineat fevral ayının sonunda planlı tibbi yoxlamalar üçün Çinə
səfər etmişdilər.
Sihamoninin açıqlamasında xəstəliyin nə dərəcədə ciddi olduğu
barədə məlumat verilməyib. Prostat xərçəngi adətən erkən mərhələdə
aşkarlandıqda müalicə oluna bilir.

