
Bakı. Trend:
“Atletiko”nun idman direktoru Mateu Alemani “Barselona”
yarımmüdafiəçisi Mark Bernalın agentlərindən biri ilə görüş
keçirib.
Trend “As”a
istinadən xəbər verir ki, Madrid klubu yeni mövsüm üçün
yarımmüdafiəni gücləndirmək istəyir və 18 yaşlı futbolçu onların
diqqətində olan namizədlərdən biridir. Yayda “Barselona”nın oyunçu
satacağı gözlənildiyi üçün “Atletiko” vəziyyəti yaxından
izləyir.
Qeyd olunur ki, Bernal ötən mövsüm ciddi diz zədəsi alıb və uzun
müddət oynamayıb. Hazırda isə o, bərpa prosesindədir və Hansi
Flikin planlarına daxildir. Bu zədəni o, məhz “Atletiko”ya qarşı La
Liqa matçında almışdı.
Cari mövsümdə Bernal çempionatda 17 oyunda iştirak edib, 2 qol
vurub və 1 məhsuldar ötürmə edib.

