
Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
aprelin 10-da ümumi çəkisi 44,3 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr
– 42,4 kiloqramdan çox marixuana, 930 qramdan artıq heroin, 1
kiloqramdan çox tiryək və metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.
Aprelin 10-da həmçinin polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 8
tüfəng, 3 patron darağı və 11 ədəd patron aşkar edərək
götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

