Premyer Liqanın növbəti oyunları keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII turun üç oyunu
keçiriləcək.

Trend xəbər
verir ki, əvvəlcə meydana “Şamaxı” və “Qarabağ” komandaları
çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat
15:30-da başlayacaq.

Saat 18:00-da start götürəcək ikinci görüşdə “Zirə” “Bank
Respublika Arena”da “Sabah”ın qonağı olacaq.




Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul
edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat
20:00-da başlayacaq.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış
matçında “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə üstələyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir