“Artemis II” missiyasının astronavtları Yerə qayıdıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Artemis II” missiyasının astronavtları Yerə qayıdıb. Onları
daşıyan kapsula Sakit okeanın San Dieqo sahillərində uğurlu eniş
edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Bakı vaxtı ilə 02:40-da ekipaj üzvləri
skafandrlarını geyiniblər. Həmin vaxt yerə 23,5 min kilometr məsafə
qalırdı. Kapsul saniyədə 5 kilometr sürətlə hərəkət edirdi. Saat
04:01-də ekipajla rabitə bərpa olunub və kapsul atmosferə daxil
olub.




NASA Yerə geri dönən astronavtların ilk kadrlarını
yayımlayıb.

“Artemis II” NASA-nın “Artemis” proqramı çərçivəsində həyata
keçirilən ilk pilotlu Ay missiyası sayılır. Missiya çərçivəsində
astronavtlar Ay ətrafında dövrə vuraraq Yerə geri qayıdıblar.
Missiyanın əsas məqsədi insanlı dərin kosmik uçuş sistemlərini
sınaqdan keçirmək və gələcəkdə Ay səthinə eniş planlarına texniki
zəmin yaratmaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir