Bu gün paytaxtda 550 küçə yuyulub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və
onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və
yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi,
mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat
xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550
küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin
edilib.




Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl
qeydə alınan şiddətli yağışların fəsadlarının tam şəkildə
qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz
töhfəsini verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir