
Bakı. Trend:
ABŞ ilə İran arasında danışıqları daha bir gün uzadıla
bilər.
Bu barədə Trend İran mediasına istinadən xəbər verib.
Məlumata əsasən, danışıqların bir gün davam etməsi
planlaşdırılmışdı, lakin ekspertlərin işinin davam etdirilməsi üçün
onların daha bir sutka uzadılması istisna edilmir.
İran və ABŞ rəsmilərinin bir neçə istiqamətdə ümumi suallardan
ətraflı texniki müzakirələrə keçdikləri bildirilib.

