Pezeşkian ABŞ ilə razılaşma üçün şərti açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran Vaşinqtonun
beynəlxalq hüquqa riayət etməsi və İranın “qırmızı xətlərini”
nəzərə alması şərti ilə ABŞ ilə ədalətli razılaşmaya gələ
bilər.

Trend xəbər verir ki, оnun
sözlərinə görə, İslam Respublikası regionda sülhü və uzunmüddətli
sabitliyi təmin edəcək balanslaşdırılmış və ədalətli sazişin
bağlanmasına hazırdır.




O qeyd edib ki, ABŞ beynəlxalq normalar çərçivəsində hərəkət
edərsə, razılaşmanın əldə olunması mümkündür.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir