Qazaxda 3 yeniyetmə dəm qazından boğuldu

Baş səhifə

Qazaxda ikisi yeniyetmə olmaqla, 3 nəfər dəm qazından zəhərlənib.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.

(APA)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir