
Bakı. Trend:
Aprelin 13-də ABŞ ordusu İranın dəniz blokadasına başlayacaq və
İran limanlarına gedən bütün gəmilərin, eləcə də onun sahillərindən
üzməyə çalışan gəmilərin hərəkətini bloklayacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandalığı
(CENTCOM) “X” sosial şəbəkəsində yazıb.
“Prezidentin qərarına uyğun olaraq, Mərkəzi Komandanlıq
qüvvələri 13 apreldə Şərq sahilləri vaxtı ilə saat 10:00-da İran
limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını blokadaya
almağa başlayacaq”, – deyə bildirilib.
Qeyd edilib ki, blokada İran limanlarına və ya sahil ərazilərinə
daxil olan və ya çıxan bütün ölkələrin bütün gəmilərinə obyektiv
şəkildə tətbiq olunacaq.

