Beynəlxalq Valyuta Fondu Azərbaycanda real ÜDM artımı ilə bağlı proqnozunu verib

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə Azərbaycanın real ÜDM artımının 2025-ci ildəki
1,4%-lə müqayisədə 2,2% səviyyəsində olacağı gözlənilir.

Trend bu barədə
Beynəlxalq Valyuta Fondunun hesabatına istinadən məlumat verir.

Fondun proqnozlarına görə, 2027-ci ildə ölkənin iqtisadi artım
templəri 2,5 faizə qədər sürətlənəcək.




Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə
müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış,
qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.ÜDM istehsalının 33,0
faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,
7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9
faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi
turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya
və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş,
məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil
edib.Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir