
Bakı. Trend:
Bu ilin 1-ci rübü üzrə Azərbaycanda istilik elektrik
stansiyalarında (İES) 6 milyard 66 milyon kVt·st, su elektrik
stansiyalarında (SES) 510,5 milyon kVt·st elektrik enerjisi
istehsal edilib.
Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə
enerji istehsalı 252,3 milyon kVt·st və ya 4%, SES-lərdə isə 159,1
milyon kVt·st və ya 23,8% azalıb.
Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara
əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991
milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə
180,8 milyon kVt·st və ya 2,5% azalıb.

