Qırğızıstan Türkiyə və Azərbaycanla tərəfdaşlığa güvənir – XİN rəhbəri

Baş səhifə

Bakı. Trend:

Qırğızıstan irəliləyiş üçün öz tərəfdaşlarına, o cümlədən
Türkiyə və Azərbaycana güvənir.

Trend xəbər verir
ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev V
Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel
müzakirəsində deyib.

Onun sözlərinə görə, regional inteqrasiya son məqsəd deyil,
davamlı bir prosesdir.

“Regional inteqrasiya siyasi iradə, güzəştlər və etimad tələb
edir, xüsusilə xalqlarımız arasında etimad. Mərkəzi Asiya həmişə
dialoq regionu olub. Biz inkişaf üçün imkanlar yaradan sabit və
proqnozlaşdırıla bilən sülhü dəstəkləyirik”, – deyə o bildirib.

Nazir qeyd edib ki, Mərkəzi Asiya regionu əlaqələrin
möhkəmləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin inkişafı,
eləcə də təhlükəsizlik məsələləri üzrə dialoqun dəstəklənməsi
vasitəsilə regionun inkişafına töhfə verə bilər.

“35 ildən sonra bir şey aydındır: Mərkəzi Asiya güclü regiona
çevrilib. Biz öz səsi olan müstəqil aktorlarıq”, – deyə Jeenbek
Kulubayev əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir