
Bakı. Trend:
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial
Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailandın Baş
naziri Anutin Çarnvirakul ilə görüşüb.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində
yazıb.
Tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə
prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli
münasibətlərin perspektivlərini, eləcə də regional məsələləri
müzakirə ediblər.

