İsrail ordusu Livanda “Hizbullah”ın raket buraxılış mövqelərini bombalayıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

İsrail Hava Qüvvələri ötən gecə Livanın cənubunda həyata
keçirilən aviareydlər zamanı Hizbullah qruplaşmasına aid raket
buraxılış nöqtələrinə zərbələr endirib.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti
məlumat yayıb.

Raket buraxılış nöqtələrinin Deyr Əz-Zəhrani, Kfar Reman və
Səmməiyyə qəsəbələrində zərərsizləşdirildiyi bildirilir.




IDF həmin raket buraxılışı nöqtələrinin IDF hərbçiləri və
İsrailin mülki əhalisi üçün buna qədər real təhdid yaratdığını qeyd
edib.

Zərbələrdən birinin görüntüsü IDF-in rəsmi X səhifəsində dərc
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir