Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri
çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq
Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin
növbəti iclasında iştirak edib.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.




“Görüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat
Marşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasında
mühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətində
daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində
əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin
geniş tətbiqini ön plana çıxarır.

Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının
ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud
yükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmir
yolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarının
inkişafının zəruriliyi vurğulanıb”,-məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir