
Bakı. Trend:
Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsində
güclü yağış nətisəində evləri yararsız hala düşən vətəndaşlara
maddi yardım göstəriləcək.
Trend-in
məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif
bölgələrində güclü leysan yağışları və yaranan sel suları
nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə
bağlı görüləcək işlərin siyahısında yer alıb.
Belə ki, R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi
yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.
Qeyd edək ki, görüləcək işlərin icrası Bakı Şəhər İcra
Hakimiyyətinə tapşırılıb.
Xatırladaq ki, sözügedən mənzil kollektor xəttinin üzərində
tikildiyi üçün sökülmüşdü.

