Azərbaycanda mart ayında Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026‑cı ilin mart ayında Azərbaycanda Xırda Ödənişlər üzrə
Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılmış
əməliyyatların həcmi 3,934 milyard manat, sayı isə 7,879 milyon
vahid təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Ötən ilin mart ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılmış
əməliyyatların həcmi 523 milyon manat və ya 11,7 faiz ,
əməliyyatların sayı isə 7,062 milyon vahid və ya 47,3 faiz
azalıb.




2025‑ci ilin mart ayında əməliyyatların həcmi 4,457 milyard
manat, sayı isə 14,941 milyon vahid olub.

Qeyd edək ki, mart ayına olan vəziyyətə görə Azərbaycanda bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və
ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir