Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında AYİB-in iştirakı dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında Azərbaycan
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı müzakirə
edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.

“Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru
Elisabetta Falcetti ilə görüş keçirdik.




Görüşdə nəqliyyat və rəqəmsallaşma sahələrində əməkdaşlıq, Orta
Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin, o cümlədən Naxçıvanın
nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə həyata
keçirilən layihələrdə Bankın mümkün iştirakı məsələlərini müzakirə
etdik.

Eyni zamanda şəhər nəqliyyatı, eləcə də kibertəhlükəsizlik, süni
intellekt və elektron hökumət sahələrində əməkdaşlıq perspektivləri
ətrafında fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir