İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir – Muxtar Babayev

Baş səhifə

Bakı.Trend:

Son illər dünyada iqlim və hava hadisələrinin xarakteri dəyişib.
Əvvəllər bu hadisələr daha çox lokal və mövsümi xarakter daşıyırdı.
Bugün isə vəziyyət dəyişib.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin iqlim
məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı
Forumu”nda çıxış edərkən deyib.




M.Babayev qeyd edib ki, iqlim hadisələri daha tez-tez baş verir,
daha güclü qasırğalar, daha uzunmüddətli quraqlıqlar və
genişmiqyaslı daşqınlar baş verir.

“İqlim dəyişmələri bu hadisələrin yalnız intensivliyini deyil,
onların başvermə zamanını da dəyişir. Dünya Meteorologiya
Təşkilatının statistikasına görə, son 30 ildə hava və iqlimlə bağlı
fəlakətlərin sayı təxminən 5 dəfə artıb. Sellər ən geniş yayılmış
və ən çox təsir göstərən təbii fəlakətlərdən birinə çevrilib. 168
ölkədə 4700-dən çox sel hadisəsi qeyd alınıb. Bu hadisələr 3,2
milyarddan çox insanı əhatə edib. Ümumi iqtisadi zərər isə 1.3
trilyon dollar təşkil edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının qiymətləndirməsinə görə, son 30 ildə təbii fəlakətlər
kənd təsərrüfatına 3 trilyon dollarından çox zərər vurub. Bu, hər
il təxminən 100 milyard dollardan artıq itkidir. Bu fakt bir daha
göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi
sabitlik üçün çox ciddi bir çağırışa çevrilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir