Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik – XİN

Baş səhifə

Bakı. Trend:

6 may tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel
Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi
iddiaları qətiyyətlə rədd edirik.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi
Ayxan Hacızadə bəyan edib.

Onun sözlərinə görə, Fransa naziri tərəfindən Azərbaycanın
suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ”
kimi ifadələrin istifadəsi qəbuledilməzdir:

“Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma
və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət
müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir
dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində
suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını
şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə
pisləyirik.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə
məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını
görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi
tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə
Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili
yanaşmanın bariz nümunəsidir”.

XİN rəsmisi bildirib ki, Azərbaycanın suveren ərazilərində
yerləşən tarixi və dini abidələr ölkənin milli-mədəni irsidir və
mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq
qorunur:

“Fransanın YUNESKO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə
qiymətləndirmə missiyasının relllaşması məsələsinə dair çağırışları
reallıqların açıq-aşkar təhrif edilməsidir. Məhz Azərbaycan
dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına
çağırışlar etsə də təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi
ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. YUNESKO-nun
özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Fransa nazirinin
bu kimi açıqlamaları bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna
xidmət etmir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir