
Bakı. Trend:
Mərkəzi Bankın sədri Taleh Kazımov may ayının 6-da ekspertlərlə
növbəti dəfə görüşüb.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, görüşdə makroiqtisadi və monetar şərait, maliyyə
sabitliyi, inflyasiya prosesləri, eləcə də mərkəzi bankçılıq
gündəmində yer alan digər aktual məsələlər ətrafında məhsuldar və
əhatəli fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, bu cür görüşlər qarşılıqlı dialoqun və etimadın
daha da güclənməsinə xidmət etməklə yanaşı, həmçinin iqtisadi
proseslərlə bağlı geniş çərçivədə məlumatlılığın artırılmasına
mühüm töhfə verir.

