
Şüşa. Trend:
“Xarıbülbül” Festivalı sadəcə incəsənət deyil, daha böyük bir
anlam daşıyır.
Bu barədə Trend-ə
Azərbaycanın Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının
direktoru və dünyaca məşhur tenor Yusif Eyvazov deyib.
“Hər dəfə bura gələndə məni duyğular bürüyür. Şuşaya qalxanda
insanın ağlından eyni fikir keçir: bizim igidlərimiz yaralı və
şəhid olmuş silahdaşlarını öz çiyinlərində daşıyaraq bu qayalara
necə dırmaşıblar, onları necə tək qoymayıblar. Mən bu barədə daim
düşünürəm və başa düşürəm ki, belə bir şücaətə nail olmaq üçün əsl
qəhrəman olmaq lazımdır. Xəbərləri, Prezidentin çıxışlarını
izləyərək və hisslərimizi bütün ölkə ilə bölüşərək düşüncələrimiz
təkrar-təkrar o 44 günə qayıdır. Və buna görə də bu gün burada
olmaq böyük bir xöşbəxtlikdir”, – deyə o bildirib.
Y. Eyvazov qeyd edib ki, o, bir çox dünya səhnələrində –
Berlində, Milanda, Parisdə – çıxış edib, lakin Şuşa səhnəsi
xüsusidir.
“Bu, adi mənada opera teatrı deyil, burada incəsənətin
sərhədlərini aşan daha böyük bir məna var. Xalqımızın ruhu, xüsusi
bir aura burada hiss olunur və burada çıxış etməyi həqiqətən unikal
edən də budur”, – deyə o əlavə edib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərində, Cıdır Düzü düzündə
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
keçirilən IX Beynəlxalq “Xarıbülbül” Musiqi Festivalının açılışı
olub.
İki gün ərzində Şuşada müxtəlif məkanlarda konsertlər və mədəni
tədbirlər keçiriləcək. Festivalın məqsədi mədəniyyətlərarası
dialoqu inkişaf etdirmək, musiqi əlaqələrini gücləndirmək və
müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq
mübadiləsini təşviq etməkdir.

