Qırğızıstan TDT çərçivəsində kriptovalyutaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsini təklif edir – Japarov

Baş səhifə

Türküstan. Trend:

Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində
kriptovalyutaların tətbiqi üzrə birgə layihələrin həyata
keçirilməsini təklif edir.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır
Japarov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Türküstanda
keçirilən qeyri-rəsmi sammitində danışıb.

O bildirib ki, Qırğızıstan maliyyə metodlarında yeni
standartların tətbiqi və virtual aktivlər bazarının yaradılması
istiqamətində praktiki addımlar atır.




“Prezident yanında virtual aktivlər sektorunun inkişafına və
kriptovalyutalardan təhlükəsiz istifadəyə dair hüquqi şəraitin
yaradılmasına yönəlmiş Milli Şura yaradılıb. Bu yaxınlarda
Qırğızıstan rəqəmsal somu və milli KGBT steyblkoinini istifadəyə
verib. Bu iş ehtiyat sektorunun qurulması və aktivlərin
tokenizasiyasına yönəlib. “Chainalysis” beynəlxalq indeksinə
əsasən, hazırda Qırğızıstan kriptovalyutaların qəbuluna görə
dünyada 19-cu yeri tutur. Qırğızıstan bu istiqamətdə əməkdaşlığın
genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini
təklif edir”, – deyə Japarov bildirib.

Japarov eyni zamanda, TDT regionunun Avrasiyanın mərkəzində
yerləşdiyini və strateji üstünlüyə malik olduğunu vurğulayıb.

“Bu gün strateji imkanlar yeni məna kəsb edir. Bunun
reallaşdırılması üçün operativ və əlaqələndirilmiş addımlar
atmalıyıq. Bu, nəqliyyat dəhlizlərini rəqəmsal platformalarla
birləşdirməyə imkan verəcək”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir