Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Baş səhifə

Bakı. Trend:

2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə
uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı
il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata
keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq
dayandırılacaq.

Trend xəbər
verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyi məlumat yayıb.




Bildirilib ki, bununla yanaşı, fasilə müddətində sistemdə olan,
lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.

Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün
məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat
yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir