
Bakı. Trend:
WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün
24 saatı fasiləsiz fəaliyyət göstərəcək.
Trend xəbər
verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkıti məlumat
yayıb.
Bildirilib ki, şəhərdaxili avtobus xidmətləri 15–22 may
tarixlərində iştirakçıların istifadəsində olacaq.
K1 xüsusi avtobus xətti isə 14–23 may tarixlərində Koroğlu
nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa
nəqliyyat əlaqəsini təmin edəcək.
WUF13 nəqliyyat sistemi çərçivəsində W1–Şıx, W2–İçərişəhər,
W3–Nəriman Nərimanov, W4–İzmir, W5–28 May, W6–Gənclik, W7–Ağ Şəhər
və W8–Sea Breeze marşrutları əsas qonaqlama əraziləri ilə nəqliyyat
mübadilə mərkəzləri arasında əlaqəni təmin edir.
Bununla yanaşı, W9–Badamdar marşrutu yaxınlıqdakı hotelləri
İçərişəhər nəqliyyat mübadilə mərkəzi ilə, W10–Mikayıl Əliyev
marşrutu isə qonaqlama məkanlarını birbaşa WUF13 tədbir məkanı ilə
əlaqələndirir.

