Misir su təchizatı sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır – Misir nümayəndəsi (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Misir Azərbaycanla su təchizatı, sanitariya və mənzil tikintisi
sahələrində əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Bunu Trend
Bakıda keçirilən WUF13 çərçivəsində Misirin Mənzil-Kommunal
Təsərrüfatı və Şəhər İcmaları Nazirliyinin Şəhər Təlimi və
Araşdırmaları İnstitutunun direktoru Tariq Əl-Şeyx bildirib.

O, ilk növbədə forumun yüksək səviyyədə təşkil olunması
münasibətilə Azərbaycan hökumətini təbrik edib və xatırladıb ki,
əvvəlki Ümumdünya Şəhərsalma Forumu 2024-cü ildə Qahirədə
keçirilib, daha sonra isə tədbirin keçirilməsi estafeti Azərbaycana
ötürülüb.

“Azərbaycan hökumətini və forumu qəbul edən təşkilatları
möhtəşəm təşkilatçılığa görə yüksək qiymətləndirirəm. Təqdim olunan
sessiyaların müxtəlifliyi və keyfiyyəti xüsusilə təsir edicidir”, –
deyə o vurğulayıb.




Misir nümayəndəsi bildirib ki, Bakının memarlığı, tarixi irsi və
sakinlərin qonaqpərvərliyi onda dərin təəssürat yaradıb. Onun
sözlərinə görə, forum çərçivəsində şəhər modelləşdirilməsi, ictimai
məkanların idarə olunması, dayanıqlı nəqliyyat və gənclərin şəhər
proseslərinə cəlb edilməsi sahələrində maraqlı təcrübələr təqdim
olunur.

Tariq Əl-Şeyx əlavə edib ki, Azərbaycan və Misir arasında artıq
müxtəlif əməkdaşlıq formaları mövcuddur və tərəflər onların daha da
genişləndirilməsində maraqlıdırlar.

O vurğulayıb ki, xüsusilə Cənub–Cənub əməkdaşlığı çərçivəsində
texniki təcrübə mübadiləsinin dərinləşdirilməsi, əsasən də su
təchizatı, sanitariya və “hamı üçün mənzil” proqramı sahələrində
əməkdaşlıq böyük maraq doğurur.

“Misirin müxtəlif səviyyələrdə təcrübəsi var. Düşünürəm ki,
Azərbaycanın da öz effektiv modelləri və uğurlu təcrübələri
mövcuddur. Bilik və təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı
ola bilər”, – deyə Misir nümayəndəsi qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir