
Bakı. Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Koreya Xalq
Demokratik Respublikasına (KXDR) gedə bilər.
Trend xəbər verir ki,
bu barədə Yonhap agentliyi Koreya Respublikası hökumətindəki
mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, bu səfər mayın
sonunda – iyunun əvvəlində ola bilər.
Qeyd olunub ki, Çinin xarici işlər naziri Van İ aprel ayında
KXDR-də olub.

